91 yaşında “gözəllik kraliçası” seçildi

26 İyul 2017 15:51 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Farli “Miss Connectikut Senior America” gözəllik yarışının qalibi olub.

Farli bildirib ki, onun qalib gəlməsində əsas faktor cildinin hamarlığı olub.

“Cildim gözəl olduğu üçün makiyajdan istifadə etmirəm. Sadəcə, dodaq boyası çəkirəm. İnsanlar 60 yaşından sonra əldən düşdüklərini düşünürlər. Lakin, bu belə deyil. Yarışın ən gözəl tərəfi odur ki, burada insan hələ də həyatda olduğunu hiss edir. Yəni, rəqs etmək, tikiş tikmək, rəsm çəkmək kimi fürsətlər əldə edir”- deyə Farli qeyd edib.

Bəxtiyar Abbasov

AzNews.az