“Sevgililər günü”ndə Baba Vəziroğluna gözlənilməz zəng

14 Fevral 2013 16:44 (UTC+04:00)
"Bu gün mənə edilən zənglərin sayı-hesabı yoxdur. Hətta iş o yerə çatıb ki, sevənlərimin sayını belə itirdim". Bunu AzNews.az-a nəğməkar şair Baba Vəziroğlu bildirdi.

Çoxsaylı sevənlərindən təbrik alan şair etiraf etdi ki, edilən zənglərin arasında yolunu həsrətlə gözlədiyi də vardı: "Etiraf edirəm. Zənglərin arasında yolunu gözlədiyim də vardı. Nəhayət ki, o, mənə günün ikinci yarısında zəng vurdu. Mənim isə ona "Sevgililər günü"ndə ən böyük hədiyyəm ürəyim oldu. Sevgi azaddır, sevgi mənəviyyat məsələsidir. Bəzən onu madiyyatla qarışdırırlar. Belələri böyük səhvə yol verir. Sevgililər günü mənə yüksək bir yaradıcılıq bəxş etdi. Yeni şeirlər yaranacaq".

Bahar Rüstəmli
AzNews.az