Medvedev sevgililərə məsləhət verdi

14 Fevral 2013 16:55 (UTC+04:00)


Sibir Universitetinin tələbələri ilə görüşən baş nazir Dmitri Medvedev universitet həyatı ilə tanış olduqdan sonra, 14 fevralda tələbələrlə səmimi söhbət etməyi də unutmayıb. O bildirib ki, əgər sevirsinizsə, o zaman mütləq qərarlı olun və sevdiyinizi xoşbəxt etməyi bacarın.

Tələbələrdən birinin "cənab nazir, mən bir qızı sevirəm, ancaq ona sevgimi necə etiraf edim?",-sualına Medvedev "sən əvvəlcə öz hisslərindən əmin ol. Əgər hiss edirsənsə ki, o qız sənin gələcəyindir və ondan başqa heç kimlə bir yerdə ola bilməzsən, o zaman qəti addımlar at və sevginə sahib çıx. Sevirsənsə, cəsarətli ol və sona kimi get" cavabını verib.

AzNews.az