Nizami Ələkbərov işdən çıxarıldı

14 Fevral 2013 18:13 (UTC+04:00)
Azərbaycan prezidenti Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

M. Sadıqov Azərbaycan Aqrar Universitetinin rektoru idi.

AzNews.az