ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitab çap olunub

15 Fevral 2013 09:50 (UTC+04:00)
ABŞ-da "Cənubi Qafqazda öz müqəddəratını təyinetmə hüququ: Dağlıq Qarabağ kontekstdə" adlı kitab nəşr olunub. APA-nın məlumatına görə, kitabın müəllifi Nyu-Yorkda yaşayan soydaşımız, hüquq elmləri doktoru Bəhruz Balayevdir.

Kitaba "Azərbaycan gündəliyi" əsərinin müəllifi, Montana Universitetinin professoru Tomas Qolts və hüquq professoru Ziqfrid Vissner öz söz yazıblar. Kitabda beynəlxalq hüquqda müqəddəratını təyin etmə və ərazi bütövlüyü anlayışları arasında münasibətlər Qafqaz regionu kontekstində nəzərdən keçirilib. Bu təhqiqat Qafqaz regionunda müxtəlif münaqişələri – Dağlıq Qarabağ, Cənubi Osetiya, Acarıstan, Abxaziya və Çeçenistan - əhatə edir və konfliktlərin müqayisəli təhlili aparılır.

Müəllif Dağlıq Qarabağ münaqişəsinin hüquqi statusunu analiz edir və diqqəti sovet psixologiyasına, Ermənistanın işğalçı siyasətinin hüquqi nəticələrinə cəlb edir.

AzNews.az