İmtahanların tarixləri məlum olub

15 Fevral 2013 10:55 (UTC+04:00)



TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ilk imtahan III ixtisas qrupu üzrə keçiriləcək.

I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 21-də, II ixtisas qrupu üzrə qəbul imtahanı avqustun 3-də, III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, IV ixtisas qrupu üzrə qəbul imtahanı isə iyulun 28-də keçiriləcək: "Bu, hələlik layihə şəklindədir. Qəbul imtahanlarının tarixləri müvafiq qurumlarla dəqiqləşdirilib. Hava şəraiti və ya digər səbəblərdən imtahan tarixində dəyişiklik ola bilər. Ötən il də qəbul imtahanlarının tarixini əvvəldən elan etsək də, sonradan buraxılış imtahanları ilə əlaqədar tarixlər dəyişdirildi. İmtahanların tarixi əks olunan cədvəl gələn həftədən TQDK-nın saytında veriləcək".

AzNews.az