“Məni qorxutmaq olmaz“

15 Fevral 2013 11:32 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, bunu "Rabitə"nin voleybolçusu Angelina Qrün deyib.

Almaniyalı ulduz oynadıqları ölkələrdə qış fəslini müqayisə edib. Qrünün sözlərinə görə, payızdan yaşadığı Bakıda hava elə də soyuq keçmir: "Almaniyada da qar, şaxta var. Bunu anamın vətəni olan Ryazana da aid etmək olar. Bakının isə özünəməxsus qışı var. Burada dənizdən külək gəlir. Bunu isti adlandıra bilmərəm. Ancaq Bakıda çox yaxında yaz olacaq ki, bununla hər şey dəyişəcək".

Təcrübəli voleybolçu Rusiya mətbuatına verdiyi açıqlamasında, həmçinin onun əvəzləyicisi sayılan bolqarıstanlı Dobriana Rabadjiyeva barədə də danışıb: "Biz oyun ərzində bir-birimizi əvəzləyirik. Bu da heyətimizdə güclü voleybolçuların çoxluğu ilə bağlıdır. Dobriana gənc, perspektiv vəd edən oyunçudur. Sadəcə, nüanslar var ki, ona əsasən məqsədimizə doğru irəliləyirik. Voleybol yalnız torun arxasında gedən oyun deyil, həm də taktikadır. "Rabitə"də bunun üzərində çox işləyirlər".

AzNews.az