Ayılar arıxanaya hücum etdi

2 Avqust 2017 17:44 (UTC+04:00)

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.

Arıçı Namiq Abidov bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib".

AzNews.az