“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçi saxlanıldı

2 Avqust 2017 18:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Hazırda Xankəndində yerləşən hərbi istintaq baş idarəsində faktla bağlı araşdırma aparılır.