Səyavuş Novruzov: “İsmayıllıda gərginlik başa çatmamış niyə ora gedirdilər?“

15 Fevral 2013 11:59 (UTC+04:00)
"Cəmiyyət Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahat deyil". Bu fikirləri bunu Milli Məclisin bu gün keçirilən iclasında YAP icra katibinin müavini Səyavuş Novruzov deyib.

O qeyd edib ki, bəziləri qanunsuz aksiya keçirir, polis yaxınlaşdıqda isə cibindən jurnalist vəsiqəsi çıxarırlar: "Yaxud İsmayıllı hadisələri ilə bağlı gərginlik başa çatmamış niyə ora gedirlər? Düzgün adamsan, gözlə, vəziyyət sabitləşsin, sonra get. İlqar Məmmədov da əslində ora getmək istəyirdi və öz yerini tapdı.İlqar Məmmədovun yeri əvvəl-axır ora idi. O çoxdan ora getməli idi. Milli Məclisi təhqir etmişdi. Düzdü, bəzi deputatlıar ona baş qoşmadı, bəziləri isə onu məhkəməyə vermək istəsələr də, bundan vaz keçdilər. Amma onun yeri əvvəl-axır elə ora olacaqdı".

İlkin
AzNews.az


AzNews.az