33 yaşlı kişini qətlə yetirən şəxs tutuldu

3 Avqust 2017 14:10 (UTC+04:00)

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ötən gün rayonun Şatroba kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirən şəxsin həmkəndlisi, 1999-cu il təvəllüdlü Qorxmaz Əmir oğlu Hüseynzadə olduğu müəyyən edilib. Q.Hüseynzadə şübhəli şəxs qismində saxlanılıb. Hadisəyə səbəb kimi T.Quliyevin ona söyüş söyməsi göstərilir.

Qeyd edək ki, kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev dünən bıçaq xəsarətləri ilə ağır vəziyyətdə kənd stadionunun yaxınlığında tapılıb. Xəstəxanaya aparılsa da, onu xilas etmək olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az