17 yaşlı oğlan Kürdə boğuldu

3 Avqust 2017 17:09 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Sabirabadla Şirvan şəhərini birləşdirən Kür çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb. Burada Şirvan şəhər sakini, 17 yaşlı Ağamurad Hidayət oğlu Bayramov çayda çimərkən suda bataraq boğulub. Hadisə yerinə dalğıc-xilasedicilər cəlb edilib. Çayda meyitin axtarışı davam etdirilir.

AzNews.az