Sabah 40 dərəcə isti olacaq

6 Avqust 2017 12:11 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 07-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.