Xocalı Belçikada da anılacaq

15 Fevral 2013 14:10 (UTC+04:00)


Yürüş Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Ermənistanın səfirliyi önündən başlayacaq və Avropa Komissiyası qarşısında bitəcək.Aksiyanın keçirməkdə tələbimiz Avropa Birliyinin bu hadisəni soyqrım aktı kimi qəbul etməsi və bu məsələyə hüquqi qiymət verməsidir. Yürüşə Belçikada eləcə də Avropa məkanının digər ölkələrində yaşayan azərbaycanlıların da qatılacağı gözləniləndir.

Yürüşdə Belçikada yaşayan gənclərimizə erməni terrorunu əks etdirən T-shirtlər ( köynəklər ) paylanılacaq, eyni zamanda 500-ə qədər Xocalı faciəsini anladan ingilis və fransız dillərində bukletlər yürüş boyunca şəhər sakinlərinə paylanacaq. Yürüş üçün icazəni isə Brüssel polisi rəsmən vermiş , yürüşdə təhlükəsizliyin təmin olunması üçün polis aksiya iştirakçılarını başlayan saatdan sona qədər müşayət edəcək.

Aksiya Avropa Parlamentinə, Avropa İttifaqına müraciətin oxunması ilə bitəcək.

Qeyd edim ki, Yürüş mitinqə qatılmaq və öz dəstəyini bildirmək üçün Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də Praqada Xocalıyla bağlıtədbirdə iştirak etdikdən sonra Brüsselə gələcək.

İsmayıl Ağayev aksiyaya dəstək verdiyini və bu aksiyada iştirak edəcəyini rəsmən bildirmişdir.
Etiraz aksiyasnın başlanacağı ünvanı :
Aksiyanın məkanı : Montoyerstraat 29, 1000 Brussel
Tarix : 26 fevral saat 16.00

AzNews.az