2 nəfər də xilas edildi

6 Avqust 2017 21:36 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:55-də başa çatıb.