Park edilən 6 avtomobil anidən yandı - Foto

7 Avqust 2017 09:54 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Naməlum səbəbdən park edilən avtomobillərdən biri yanmağa başlayıb. Qısa müddətdə yanğın digər avtomobillərə keçib. Alovların yüksəldiyini görən vətəndaşlar vəziyyət barədə xilasetmə qruplarına xəbər verib. Hadisə yerinə gələn xilasetmə qrupları yanan avtomobilləri yarım saatdan sonra söndürə biliblər. Hadisə nəticəsində 6 avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.