Tovuzda sex yandı

7 Avqust 2017 11:13 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu vətəndaşa məxsus ümumi sahəsi 750 m2 olan sexin anbarının yanar konstruksiyaları 350 m2 sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.