Prezident “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi təsdiqləyib

7 Avqust 2017 12:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Bu qanun Azərbaycanda dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir.

Qanuna əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir.

Dəyişikliklə "İnzibati və yardımçı vəzifələrin təsnifatı"ın 11.1.8.2 bəndinə "müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri" də edilib.

İndiyədək isə bu bəndə "müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin vəzifələri" daxil idi.