AzNews.az xəbər verir ki, bunu tanınmış prodüser Tolik (Tarix Əliyev) Badamdar qəsəbəsində 9 yaşlı qızın zorlanmasına münasibət bildirərkən deyib. O, Azərbaycanda ölüm hökmünün qəbul olunmasını təklif edib:
“Ay millət nə olub? Bunun qarşısını kim alacaq? Qanun çıxsın, ölüm hökmu... Adam səhər-səhər belə şeyləri oxuyub dəli olur. Bu nə oğraşlıq, bu nə şərəfsizikdir? Bunları yandırmaq lazımıdır”.
Bu gün Badamdar qəsəbəsində 9 yaşlı qız təcavüzə məruz qalıb. “Qafqazinfo”nun məlumatına görə, qəsəbə sakini Ləman Hüseynova (ad şərtidir) 9 yaşlı qızına təcavüz olunması iddiası ilə polisə müraciət edib.
Hadisənin iyulun 17-də qadının yaşadığı evdə baş verib.
Bacısının əri Naxçıvanın Babək rayonunun sakini 1983-cü il təvəllüdlü Aydın Əli oğlu Murad (ad şərtidir) 2008-ci il təvəllüdlü qızı Ayselə (ad şərtidir) təcavüz edib.
Azyaşlı tibbi ekspertizaya göndərilib.
Bahar RÜSTƏMLİ
AzNews.az