“Azərbaycan uşağın yaralanmasının qisasını almalıdır” - YAP-dan açıqlama

8 Avqust 2017 10:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini Aydın Mirzəzadə ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Ramin Yusifovun yaralanmasına münasibət bildirərkən deyib. O, qeyd edib ki, çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub:

“Vəziyyətinin orta-ağır olduğu bildirilir. Ermənistan üçün nə beynəlxalq hüquq, nə də insani dəyərlər mövcuddur. Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri atəşə tutması onların həm azğınlığından, həm də zəifliyindən xəbər verir”.

Deputat ermənilərin Azərbaycan əsgəri ilə üzbəüz gəlməkdən qorxduqlarını vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az