Maradonna beşinci dəfə ata oldu

15 Fevral 2013 15:37 (UTC+04:00)


Uşaq Buenos-Ayresdəki klinikalarından birində dünyaya gəlib. Dieqo Fernando adlandırdıqları körpənin çəkisi 3,2 kq-dır. Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin və ananın özünü yaxşı hiss etdikləri deyilir.

Xatırladaq ki, bu uşaq Maradonanın vətəndaş nikahında olduğu 34 yaşlı həyat yoldaşından olan ilk uşağıdır və cütlük bir neçə ay əvvəl ayrılıblar. 52 yaşlı futbol ulduzunun əvvəlki nikahından da 25 və 23 yaşlı qızları, həmçinin nikahdankənar daha bir qızı və oğlu var.


AzNews.az