AzNews.az “APA”ya istinadən xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya prezidenti separatçı bölgəyə səfər etməklə fundamental normaları və beynəlxalq qanunvericiliyi pozub.
“XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”, - deyə bəyanatda bildirilir.
Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.
AzNews.az