Azərbaycan Premyer Liqasında ilk turun oyun cədvəli müəyyənləşib

8 Avqust 2017 23:04 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, oyun cədvəlinə görə avqustun 11-də “Bakcell Arena”da paytaxtın “Neftçi” komandası Ağdamın “Qarabağ” klubunu qəbul edəcək. Matç saat 21:00-da başlayacaq.

İlk tur çərçivəsində bir gün sonra Bakının “İnter” klubu “İnter Arena”da “Qəbələ” komandası ilə görüşəcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

Avqustun 13-də saat 19:00-da başlayacaq matçda isə “Zirə” komandası eyni adlı idman kompleksinin stadionunda “Səbail” ilə oynayacaq.

Tura “Sumqayıt”–“Kəpəz” kollektivlərinin oyunu ilə yekun vurulacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

AzNews.az