AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın şəhərin Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kafedə baş verib.
Nəticədə kafenin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
AzNews.az