Şamaxıya yeni icra başçısı təyin edildi

15 Fevral 2013 16:01 (UTC+04:00)


Sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıb ki, Asif Əzizağa oğlu Ağayev Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Asif Salman oğlu Məmmədov Şamaxı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.


AzNews.az