Narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb

9 Avqust 2017 21:58 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində çətənə kolları əkib becərən Qovlar şəhər sakini, 1959-cu il təvəllüdlü Kərim Kərimov saxlanılıb.

Həyətyanı sahəyə baxış zamanı oradan aqrotexniki qaydada becərilən 10-a yaxın narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib. K. Kərimov çətənə kollarını öz istifadəsi üçün əkib becərdiyini deyib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az