Şeyxin qardaşı Astarada baş verənlərdən danışdı

15 Fevral 2013 16:41 (UTC+04:00)




"Rayonda heç bir narazılıq yoxdur. Bu jurnalistlərin uydurmasıdır. Bəzi jurnalistlərin o qədər uydurma yazır ki, sonra doğru nə isə yazanda heç kəs ona inanmır".

Bunu AzNews.az-a 75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputat seçilmiş Cavanşir Paşazadə mətbuatda onun haqqında yazılanları şərh edərkən deyib. C.Paşazadə qeyd edib ki, rayonda belə bir narazılıq varsa, araşdırsınlar:

"Onu yazmaqla deyil. Guya bununla nə qazanırlarki?! Belə bir şey varsa, buyurub, araşdırsınlar. İndi bunları məhkəməyə vermək haqqım var. Məhkəməyə verəndə haray salacaqlar ki, bizi incidirlər".

Deputat bildirib ki, həmin ərazidə terminal var, həmin terminal 15 il bundan öncə tikilib: "Şirkətin öz torpağıdır, 99 illiyə icarəyə götürüblər. Burada işləri şirkət həyata keçirir. Mənə aidiyyəti yoxdur".

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, millət vəkili Cavanşir Paşazadə Astaranın Xəzər dənizi sahili çimərlik sahəsini hasara alır. Bununla əlaqədar rayonda gərginlik yaranıb. Məlumatlarda qeyd edilir ki, Cavanşir Paşazadə Gömrük Şöbəsinin yanında terminal tikib. 99 illiyə terminalın ərazisini icarəyə götürüb. Həmçinin, deputat dəniz sahilində obyektləri sökdürür.

İlkin
AzNews.az