Ekoloji mühitə ziyan vuran vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edilib

10 Avqust 2017 20:19 (UTC+04:00)

AzNews.az Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, istintaq zamanı Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda yerləşən “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv edilməsi ilə yüksək gəlirliliyə nail olmaq üçün həmin iaşə obyektinə Biləcəri bələdiyyəsi tərəfindən icarəyə verilmiş 9503,3 kvadratmetr torpaq sahəsində mövcud olan 67 ədəd Eldar şamının dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökməklə məhv etməsinə, həmçinin iki ədəd ağacı kötüyündən kəsərək təbiətə, ümumilikdə, 57 min 360 manat məbləğində ziyan vurmasına dair şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 260.3-cü (meşələri və digər yaşıllıqları məhvetmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq əlavə məlumat veriləcək.

AzNews.az