Gəncədə usta ikinci mərtəbədən yıxılaraq ölüb

10 Avqust 2017 22:39 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb.

İkinci mərtəbədə çanaq antenası quran 1961-ci il təvəllüdlü Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerində ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

AzNews.az