Çörək almaq adı ilə çıxdı - Qayıtmadı

11 Avqust 2017 10:59 (UTC+04:00)

APA-nın məlumatına görə, Yasamal rayon sakini, 2005-ci il təvəllüdlü Yusif Aqil oğlu Həsənovun itkin düşməsi barədə polisə məlumat daxil olub. Məlumata görə, o avqustun 10-da çörək almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az