Baş geyimi olmadan yarışıb, məğlub oldular

15 Fevral 2013 16:58 (UTC+04:00)


Boks üzrə yığma komandamızın ilk rəqibi meydan sahibləri olub. Təəssüf ki, qarşılaşma millimiz üçün uğursuz alınıb - 1:9. 10 döyüşün doqquzunda yerli idmançılar qalib gəliblər. Yalnız 91 kq çəki dərəcəsində Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov Anton Pinçuk üzərində qələbə qazanıb.

Digər görüşlərdə boksçularımızdan Münasib Məmmədov (49 kq), Kamran Məlikov (52 kq), İlkin Ağayev (56 kq), Şaban Şahpələngov (60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq) və Kamran Mehdiyev (91+kq) qazaxıstanlı rəqiblərinə uduzublar. Yerli komandada Birjan Jakipov, İlyas Süleymanov, Kayrat Yeraliyev, Berik Əbdürrəhmanov, Merey Akşalov, Daniyar Yeleusinov, Janibek Alimxanulı, Adilbek Niyazimbetov və İvan Dıçko qalib gəlib.

Qeyd edək ki, boksçularımız bu yarışa ilk dəfə olaraq baş geyimi olmadan çıxıblar.
Özbəkistan milli komandası Ukraynanı 8:2 hesabı ilə məğlub edib.
Bu gün boksçularımız Ukrayna idmançıları ilə qarşılaşacaqlar.

AzNews.az