Avtomobil 7-ci mərtəbədən düşdü - Video

11 Avqust 2017 11:49 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 7-ci mərtəbədən aşağıya yuvarlanan avtomobil, o sırada aşağıda park edilən başqa bir nəqliyyat vasitəsinin üzərinə düşüb. Hadisəyə şahid olanlar böyük bir həyəcan içərisində avtomobildə olan sürücünün köməyinə qaçıb. Sıxılan vəziyyətdə olan sürücü xilas edilərək təcili yardımla xəstəxanaya çatdırılıb. Nəqliyyat vasitəsinin 7-ci mərtəbədən yerə necə düşdüyü barədə məlumat verilməyib.