Fırtına İtaliyanın şimal şəhərlərinə ciddi ziyan vurub

11 Avqust 2017 21:27 (UTC+04:00)

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 50 nəfər yaralanıb.

Yağış və fırtına xüsusilə turistlərin düşərgə salmaq üçün getdikləri “Cavallino Treporti” bölgəsinə daha çox təsir göstərib. Güclü külək ətrafdakı ağacları, elektrik, telefon dirəklərini aşırıb.

Yerli səlahiyyətlilər ölüm hadisəsinin olmadığını bildiriblər.

AzNews.az