Abıyevlərə yüksək vəzifə verildi

15 Fevral 2013 20:43 (UTC+04:00)


Bu gün keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra hakimiyyətinin basçısı olan Əhəd Abıyevin iki qohumuna vəzifə verilib.

Belə ki, Əhəd Abıyevin qardaşı Zəfər Abıyev Daxili İşlər Nazirliyinin Qazaxıstandakı nümayəndəsi təyin olunub.

Digər qardaşının oğlu Heydər Abıyev isə Milli Təhlükəsizlik Nazirliyinin Quba rayon şöbəsinə rəis təyin edilib./azvision.az/