Ağacın budaqlarını qanunsuz kəsən şəxs cərimələnib

12 Avqust 2017 11:18 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.

AzNews.az