İlham Əliyev Misir prezidentinə başsağlığı verib

12 Avqust 2017 13:18 (UTC+04:00)

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm. Allah rəhmət eləsin!"

AzNews.az