25 yaşlı qadını əqrəb sancdı

12 Avqust 2017 14:07 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Züleyxa Məmmədova yarım tikilidə iş görərkən əqrəb onun əlindən sancıb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

AzNews.az