2 nəfər xilas edildi

12 Avqust 2017 15:20 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 14:00-da başa çatıb.