Dənizdə çimərkən xilas edildilər

12 Avqust 2017 17:43 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 16:40-da başa çatıb.