İmtahandan kəsilən abituriyent özünü asdı - Bakıda + Yenilənib

12 Avqust 2017 20:25 (UTC+04:00)

"Ölkə.Az" xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı abituriyent imtahanda lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.

Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb. Qonşuların verdiyi xəbərə əsasən, Cəmil intihar edərkən evdə özündən başqa kiçik qardaşı da olub.

18:14

***

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, köynəyi ilə özünü asan gəncin intihar etməsinə isə qəbul imtahanından az bal yığması səbəb olub.

19 yaşlı gənc, intihar etməzdən öncə “WhatsApp”da status bölməsinə ölümdən yox, anasının göz yaşı axıtmağından qorxduğunu yazıb.

Qonşularının verdiyi məlumata görə, III qrupa imtahan verən Elman 201 bal toplaya bilib.

AzNews.az