Əlverişsiz hava şəraiti dörd adamın həyatına son qoyub

12 Avqust 2017 18:50 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Polşa Dövlət Təhlükəsizlik Mərkəzinə istinadla xəbər verir ki, həlak olanlar arasında iki uşaq var. Onlar Suşek şəhərində ağacların altında qalıb. Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.

Polşanın mərkəzində 500 min ailənin elektrik təchizatı kəsilib. Sinoptiklər əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Proqnozlara görə, güclü külək Polşanın regionlarında bir neçə gün davam edəcək.