3 yaşlı qızını döyən ögey ana həbs edildi - Foto

12 Avqust 2017 20:48 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 yaşlı qızın atası 32 yaşlı Əli evə gələndə uşağın vəziyyətinin ağır olduğunu görərək xəstəxanaya aparıb. Həkimlər vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb. Məlum olub ki, 3 yaşlı qız ögey anası tərəfindən zorakılığa məruz qalıb. Uşağın ata və anası nəzarətə alınıb. Atanın tutulması ilə bağlı sübut olmadığı üçün o, sərbəst buraxılıb. Lakin, qızın ögey anası öz yeni doğulan oğlan uşağı ilə həbs edilib. Zorakılığa məruz qalan qız isə uşaq evinə təhvil verilib.