Nazir baş leytenantı rəis təyin etdi - ÖZƏL

15 Fevral 2013 22:43 (UTC+04:00)



Daxili İşlər naziri Ramil Usubov Nəsimi Rayon Polis İdarəsində kadr dəyişikliyi edib. AzNews.az-ın əldə etdiyi məlumata görə, nazirin göstərişi ilə idarənin İctimai Təhlükəsizlik Şöbəsinə Vüsal Axundovu gətiriblər. Qeyd edək ki, Vüsal Axundov polis baş leytenantıdır.

V.Axudovun əvəz etdiyi Mehman Əliyev isə daha yüksək vəzifəyə təyin edilib. O, bundan sonra Nəsimi RPİ rəisinin müavini kimi fəaliyyət göstərəcək.

Azər
AzNews.az