“NATO-ya üzv olmaq niyyətində deyilik” - Müdafiə naziri

12 Avqust 2017 23:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikri Ria Novosti agentliyinə müsahibəsində Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

“Biz təbii ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirik və bundan razıyıq. Biz həmişə hərbi neytrallığımızı saxladığımızı və NATO-ya üzv olmaq istəyimiz olmadığını NATO-dakı tərəfdaşlarımıza bəyan edirik. Bu, bizim qəti mövqeyimizdir”, - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından - Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.