13 yaşlı qızı avtomobil vuraraq öldürüb - Şəmkirdə

13 Avqust 2017 11:05 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman “Niva” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.