Ana qucağında körpəni cərəyan vurdu - Bədbəxt hadisə

13 Avqust 2017 12:30 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.

Faktla bağlı araşdırma aparılır.