Metronun qarşısına tikinti materialları töküb ağacları kəsdilər - Video

13 Avqust 2017 13:40 (UTC+04:00)

AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, sahibkarlar iki gündür ərazidə yeni obyektin tikintisinə başlanıldığını və xeyli tikinti materialının onların obyektinin qarşısına töküldüyünü bildiriblər "Tikinti materiallarını obyektin qarşısına töküblər. Həm də avtomobillərin hərəkətinə mane olur. Kimə müraciət edəcəyimizi bilmirik. Əgər kimsə özünə obyekt tikdirirsə, digərlərini də nəzərə almalıdır. Çünki biz bura yüksək məbləğdə icarə haqqı ödəyirik. Bir gün alver pis olanda aylıq xərclərə ciddi təsir göstərir. Həmçinin burada yaşıllıq məhv edilir, ağaclar kəsilir".