İsrail-HƏMAS danışıqlarına start verildi

16 Fevral 2013 08:46 (UTC+04:00)



AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tərəflər Qəzza zolağının blokadasının zəiflədilməsini, o cümlədən Rəfa keçid məntəqəsinin açılışını müzakirə edirlər.

Misir tərəfi danışıqlarda vasitəçi qismində iştirak edir.

Xatırladaq ki, Qəzza zolağının blokadası 2006-cı ildə israilli əsgər Gilad Şalitin fələstinlilər tərəfindən oğurlanmasından sonra başlayıb. Gilad Şalit 2011-ci ildə azad edilib. Qəzza zolağına HƏMAS qruplaşması nəzarət edir.

AzNews.az