Neftin qiyməti ucuzlaşdı

13 Avqust 2017 15:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 52,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 11-də 50,48 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 11-də 51,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,9 dollar/barel azdır.