Qazaxda kənd yolları təmir edilir - Foto

13 Avqust 2017 15:41 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, hazırda “Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan, 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri davam edir. Bundan başqa, ümumi uzunluğu 2,5 kilometr olan, 1711 nəfər əhalinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işləri aparılır. Artıq yolun birinci qatında asfalt işləri başa çatıb, ikinci qatında isə hazırlıq işlərinə başlanılıb. Qeyd edək ki, Qazax-Hüseynbəyli avtomobil yolunun imkanlarından qonşu Ağstafa rayonunun Düzqışlaq, Qarahəsənli, Kolayır və digər kəndlərinin sakinləri də istifadə edirlər.

Qazax-Hüseynbəyli avtomobil yolunda tikinti işləri başa çatdıqdan sonra isə uzunluğu 7 kilometr olan, 1213 nəfər əhaliyə xidmət göstərəcək Qazax-Böyük Cəfərli avtomobil yolunun tikintisinə başlanılacaq.